Milyonçu Mayılov

Mayılov Rauf Cəlil oğlu 3 iyun 1969-cu ildə Laçınrayonu Şeylanlı kəndində zəhmətkeş ailəsində anadan olmuşdur.
1976-1986-cı illərdə Laçın rayonu Şeylanlı kənd orta məktəbində oxumuşdur. Laçın rayonunda yaşadığı müddətdə orda yaşayan insanların sevgisini qazanmağa nail olmuşdur.1990-cı ildən 1992-ci ilə kimi Qarabağ uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrində iştirak etmişdir.
1992-ci ildə dırnaqarası erməni ordusunun Laçın rayonunu işğal etməsindən sonra ailəsi ilə bərabər Bakı şəhərinə gəlmiş və Səbail rayonu Badamdar qəsəbəsində məskunlaşmışdır.İlk vaxtlar doğulduğu yerdən - ata-baba yurdundan ayrı düşmək onu kədərlərə boğsa da doğma yurduna qayıtmaq ümidi və irəliyə can atmaq həvəsi sayəsində o bu çətinlikləri keçməyi bacarmışdır. Halal zəhməti ilə çalışıb,Badamdar camaatının və digər tanıyanlarının hörmətini qazanaraq bu günlərə gəlib çatmışdır.
Bunun nəticəsidir ki,R.Mayılov 2005-ci ildə Badamdar bələdiyyəsinə üzv seçilmiş və "Yerli-sosial inkişaf,uşaq və gənclər" komissiyasının sədri kimi fəaliyyət göstərmişdir.
26.01.2010-cu ildən Badamdar bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır. Xeyriyyəçidir. R.Mayılov sadəcə sözdə xeyriyyəçi deyil,zəhmətkeş ailəsində anadan olduğu üçün hər zaman imkansız ailələrə,köməyə ehtiyacı olanlara dayaq duran və əlindən gələn hər cür köməkliyi edən bir insandır.Bu xeyriyyəçi insanın təhsil sahəsində-insanların təhsil alıb savadlanmasındada böyük əməyi olmuşdur.Belə ki,Badamdar qəsəbəsində yerləşən Laçın rayon Əsas məktəbin ərsəyə gəlməsində və burda gənclərin rahat təhsil almasında böyük köməkliyi olmuşdur.(R.Mayılov:Hər bir insanın əldə etdiyi elm onun ən qiymətli və əlindən alınmaz xəzinəsidir.)
R.Mayılov şair,istedadlı söz sərrafı Şamil Əsgərovla yaxın dost olmuş və onun bir çox şeirlərini,poemalarını böyük həvəslə oxumuş və dərindən maraqlanmışdır.Şamil Dəlidağ yaradıcılığına olan məhəbbəti sayəsində R.Mayılov Şamil Əsgərovun "Seçmələr" adlı kitabını öz hesabına nəşr etdirmişdir.Ailəlidir,bir oğlu iki qızı var.

3 yorum: