Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H.Z.A.Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.A.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) H.Z.A.Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar, 8) yXatirə muzeyinin ekspozisiyası H.Z.A.Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır. Səhərlər kabinetdə Hacının köməkçiləri ona yerli, Rusiya, Avropa, eləcə də Şərq ölkələrində çıxan qəzetlərdən onu maraqlandıran məqalələri oxuyar, dünyada baş verən hadisələrdən xəbərdar edərdilər. Yazı stolunun arxasındakı divarda Hacının öz şəkil kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacarın, solda isə Rusiya imperatoru II Nikolayın və onun xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Kabinetin pəncərələri ilə üzbəüz divarda isə rəssam Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri asılıb. Hacının İran şahı Müzəffərəddinlə görüşünü əks etdirən portret və ev sahibinin yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində asılmışdır. Yazı stolu ilə üzbəüz H.Z.A.Tağıyevin portretini görmək olar. Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə şəhər duması H.Z.A.Tağıyevin portretinin sifariş edilməsi barədə qərar vermişdi. Əsər 1912-ci ildə görkəmli rəssam İ.Brodski tərəfindən çəkilmişdi. Burada H.Z.A.Tağıyev təltif edildiyi bütün medal və ordenlərdə əks olunub. Onların arasında Rusiyanın “Müqəddəs Stanislav” ordenləri, “Səyinə görə” üç qızıl medal, İranın “Şiri xurşid” ordeni, Buxara Qızıl Ulduzu vardır.ataq otağı, 9) təmizlik otağı.İş kabinetindən Şərq zalına keçmək mümkündür. Sarayın iki ən böyük zallarından biri olan, qədim oriyental ornamentlərini özündə birləşdirən Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir. Burada qəbullar, rəsmi müşavirələr və təntənəli mərasimlər keçirilirdi. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanmış Şərq zalı xüsusi zövqlə bəzədilmişdi. Buraya şəbəkəli stollar, stullar, royal, kreslolar və s. qoyulub. Zalın tavanına Quran ayələri yazılıb. Bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Nəhəng çil-çıraq və güzgülərin üzərindəki bralar zalı işıqlandırmaqla bərabər, onun gözəlliyini daha da artırır. Pəncərələrin bədənnüma şüşələrində H.Z.A.Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılmışdır. Zalın müxtəlif hissələrində rast gəlinən və müsəlman memarlığında geniş işlədilən altıgüşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərdən qoruyur.Yuxarı hissədəki sütunlu tağlar möhtəşəm Şərq zalına xüsusi gözəllik verir.Sütunlu tağların altından keçərək H.Z.A.Tağıyevin kitabxanasına daxil olmaq olar. H.Z.A.Tağıyev maarifçiliyin tərəqqisi üçün misilsiz səy və xidmətlər göstərmişdir. Onun vəsaiti hesabına görkəmli yazıçı və şairlərin, tarixçilərin əsərləri çap olunmuşdur. Tağıyev “Kaspi” qəzetini almış və onun sahibi olmuşdu; Quran Azərbaycan dilində ilk dəfə həmin qəzetin nəşriyyatında nəşr edilmişdi. Azərbaycanda “Nəşri-maarif”, “Nicat” və b. xeyriyyə cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Hacı böyük əmək sərf etmişdi. Kitabxanada ağ rəngli, yumşaq, ipək oturacaqlı mebel dəsti, iki taxta stol, stullar və kreslolar, kitab şkafları yerləşdirilib. Kitab şkaflarında Rusiya imperiyasının qanunlar topluları saxlanılır. Xalça və pərdələr otağa xüsusi yaraşıq verir.
Kitabxananın sağında yerləşən qapı bilyard otağına aparır. Otağın ortasında bilyard stolu qoyulmuşdur. Buradakı arxası hündür gön-dəri divan, kreslolar istirahət üçün nəzərdə tutulmuşdur. Otağı xüsusi quruluşlu çil-çıraq bəzəyir.H.Z.A.Tağıyev daxilən zəngin mənəvi aləmə malik bir şəxs idi. Onun böyük rəsm kolleksiyası var idi. O, axşamlar musiqi zümzümə edərək, Qərbi Avropa, rus rəssamlarının əsərlərinə baxıb zövq alarmış. Hətta Parisə səfər zamanı Tağıyevi yalnız işgüzar komanda deyil, muğam üçlüyü də müşayiət edibmiş. H.Z.A.Tağıyev şöhrət naminə, yaxud əcnəbilərə təsirli imic yaratmaq üçün deyil, məhz mənəvi tələbat baxımından Avropa səfərinə özü ilə musiqiçilər dəstəsi götürmüşdü. Muğamı qəlbən duyması, dəyərləndirməsi, onun hüzurunda hər müğənninin oxumağa cürət etməməyi Hacının təkcə kamil muğam biliciliyindən deyil, nəcib mənəviyyatından, ümumən daxili estetik potensialından xəbər verir.Bilyard otağı və kitabxanadan çıxıb yenidən sütunlu tağlar olan guşəyə daxil olmaq olar. Buradan solda yerləşən qapı yemək otağına aparır. Otağın divarlarına məxməri-ipək parça çəkilmişdir. Ortada uzun düzbucaqlı masa və ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Buxara əmirinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab dəsti burada nümayiş etdirilir. Şkaflarda H.Z.A.Tağıyevin Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər qoyulub. Otaqda həmçinin qoz ağacından düzəldilmiş, gözəl ornaBufetdən soldakı qapı monitor olan otağa aparır. H.Z.A.Tağıyevin həyat və fəaliyyəti ilə maraqlananlar burada quraşdırılan panellər və monitordan ətraflı məlumatlar əldə edə bilərlər. mentli böyük bufet yerləşirBu otaqdan sağ tərəfdə yerləşən kiçik qonaq otağı H.Z.A.Tağıyevin ikinci həyat yoldaşı Sona xanıma məxsus idi. Hacı iki dəfə ailə qurub. Zeynəb xanımla birinci nikahdan onun üç övladı dünyaya gəlmişdi. Sona xanım general Balakişi bəy Ərəblinskinin qızı idi. Onun Hacı ilə nikahı 1896-cı ildə bağlanıb. Aralarında 40-dan çox yaş fərqinin olmasına baxmayaraq bu, xoşbəxt izdivac idi. Həmin nikahdan onların beş övladı doğulmuşdur.
Sona xanımın kiçik qonaq otağı öz gözəlliyi və orijinallığı ilə o birilərindən fərqlənir. Tavan fiqurlu güzgülü lövhəciklərdən quraşdırılmış, divarlar rəngarəng naxışlarla bəzədilmişdir. Otaq bəzən güzgülü zal da adlandırılır. Mərkəzdə orijinal dəyirmi divan yerləşir. Onun üstündə lampa üçün yer var. Burada həmçinin dördguşəli naxışlı stollar, yumşaq kreslolar və stullar qoyulub.
Qonaq otağından yataq otağına aparan ensiz dəhliz var. Yataq otağı iki hissədən ibarətdir. Onları bir-birindən şəbəkəli taxta arakəsmə ayırır. Birinci hissədə yuxarısı hündür, naxışlı ikiyataqlı çarpayı və trümo yerləşir. İkinci hissədə isə kiçik və dəyirmi stol, divan, kreslolar, stullar qoyulmuşdur. Otaq boyu xalça və pərdələr otağın gözəlliyini daha da artırır.
Yataq otağına bitişik balaca bir otaq var. Bu, təmizlik оtаğıdır. Burada güzgülü trümo, yumşaq kreslo, stol, paltar və rəfli şkaflar qoyulub. Trümonun üstündə bəzək əşyalarını görmək olar.
17.12.2012- AMEA Milli Azərbaycan Tarixi Muzeyində daimi ekspozisiyanın yeni-yeni materiallarla daha da zənginləşdirilməsi, qonaqlar üçün daha da baxımlı olması istiqamətində mütəmadi iş aparılır. Bu yaxınlarda Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına “H.Z.Tağıyevin təltif nişanları” adlı yeni vitrin əlavə olunmuşdur. Belə ki, vitrində H.Z. Tağıyevin müxtəlif illərdə təltif olunduğu İranın “Şir-i xurşid” ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin “Şərəfli Buxara ulduzu” ordeni, həmçinin Rusiya imperatorluğunun “III Aleksandrın tacqoyma mərasiminə həsr olunmuş medal”, “İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə görə” medalları nümayiş etdirilir.
Vitrində nümayiş etdirilən təltif nişanları Muzey əməkdaşlarının uzun müddət ərzində apardıqları araşdırmalar nəticəsində aşkarlanmışdır.
H.Z.Tağıyevin təltif nişanlarının axtarılması istiqamətində 2008-2009-cu illərdə Muzeyin Heraldika Fond-şöbəsi tərəfindən başlanan tədqiqatlar 2012-ci ildə uğurla nəticələnmişdir. Belə ki, Muzeyin Faleristika və Bonistika Fondunun müdiri t.ü.f.d. Sənubər Qasımova tərəfindən aşkarlanmış H.Z.Tağıyevin təltif nişanları tədqiq olunmuşdur. Qeyd etmək lazımdır ki, S.Qasımova tərəfindən yazılmış müvafiq məqalələr 2009-2010-cu illərdə MATM-ın məqalələr toplusunda və Özbəkistan EA Tarix İnstitutunun “Ozbəkistan tarixi” jurnalında nəşr olunmuşdur.
Hacı Zeynəlabdin Tağıyevə məxsus Quran qabı və dini kitablar Muzeyin ekspozisiyasında
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunmuşdur. Vitrində Tağıyevə məsus olmuş Quran qabı və dini kitablar nümayiş olunur.
Quran qabı gümüşdən düzəldilmiş, qızıl suyuna çəkilmiş, mina və qiymətli daşlarla bəzədilmişdir. Belə ki, şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı yerləşdirmişlər. Çəkisi 1850 qram olan qabın üzərində ərəb qrafikası ilə “Buxareyi şərif töhfə” (“Buxara hökmdarının hədiyyəsi”) yazısı və “1225” təqvim ili göstərilib.
Vitrində həmçinin iki ədəd islam dəyərlərinin izah edən “Kəşf-ül həqaiq” (“Həqiqətlərin kəşfi”) kitabları qoyulmuşdur.
Hələ 1935-ci ildə Muzeyə verilmiş əşyaların sənədləri muzey əməkdaşların axtarışları nəticəsində 2012-ci ildə aşkarlanmışdır. Belə ki, Muzeyin Xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın araşdırmalarına əsasən yuxarıda göstərilən əşyaların Hacı Zeynalabdin Tağıyevə dostu Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən hədiyyə olunduğu müəyyən edilmişdir.
Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqat və axtarışlar davam edir.
Hiç yorum yok:
Yorum Gönder